"Bugünkü görüşdə atəşkəs istədik, amma heç bir irəliləmə, nəticə əldə edə bilmədik".
Hit.az xəbər verir ki, bu sözləri Ukrayna XİN başçısı Dmitri Kuleba jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gələcəkdə görüşlər davam edəcək: "Mən bu məsələnin diplomatik yolla həll olunması üçün əlimdən gələni etdim. Gələcəkdə görüşlər davam edəcək".