Polis olmaq istəyən azərbaycanlı qardaşların arzuları puç oldu - Müharibəyə görə

ÖLKƏ
17:14 / 10.03.2022
1454

Ukraynada Polis akademiyasını bitirən azərbaycanlı iki qardaş Rusiyanın Ukraynaya hücumu səbəbindən diplomlarını almadan ölkəni tərk etməli olublar.

32gun.az-ın məlumatına görə, bu barədə azərbaycanlı Şamil Şükürov  özü məlumat verib. O bildirib ki, müharibə səbəbindən qardaşı ilə birgə digər tələbələr kimi ölkəni tərk etmək məcburiyyətində qalıb.

"Polis olmaq uşaqlıq arzum idi. Müharibə bütün arzularımı bitirdi" deyən Şükürov müharibə bitdikdən sonra diplomunu ala bilsə, Ukraynada polis işləmək istədiyini dilə gətirib.

Şükürov Xarkovda baş verən hadisələrdən sonra çətin günlər yaşayıb, bir müddət sığınacaqlarda qaldıqdan sonra Türkiyəyə gəlməli olub: 

Coşqun Şükürov da qardaşı ilə birlikdə polis olmaq üçün çox çalışdıqlarını, lakin müharibənin onların bütün arzularını alt-üst editini deyib: 

"Ev almışam, 27 yaşım var və ailə həyatı qurdum. Orada polis olacaqdım, heç nə olmadı. Evdən çıxanda heç nə götürmədim. Bundan sonra nə olacağını bilmirəm”.

0