Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedir.
Hit.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan "Twitter"də məlumat paylaşıb.
O qeyd edib ki, Ermənistan xarici işlər naziri 11-13 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyaya yola düşəcək.