Rusiyanın məzarlığa çevirdiyi Mariupolun kosmosdan görüntüsü - VİDEO

DÜNYA
19:17 / 10.03.2022
1569

Donetsk vilayətinin Mariupol şəhərində Rusiya ilə Ukrayna arasında müharibənin ilk günlərindən şiddətli döyüşlər gedir. Şəhər təyyarələrlə bombalanır.

HİT.az xəbər verir ki, Maxar Rusiya işğalından əvvəl Mariupolun necə göründüyünü və hazırda onunla nə baş verdiyini göstərən peyk görüntülərini yayımlayıb. Şəhər davamlı partlayışlardan sonra çökəkliyə çevrilib.

Xatırladaq ki, rus qoşunları martın 1-də Mariupol şəhərinə daxil olub. İşğalçılar həm şəhərin özünü, həm də sakinlərini artilleriya və havadan atəşə tutmaqla amansızcasına məhv edirlər. Mərmilər üzündən Mariupolda işıq, su və qaz yoxdur. Ətrafla əlaqə tamamilə kəsilib. İşğalçılar humanitar konvoyların şəhərə daxil olmasına, mülki şəxslərin isə "yaşıl dəhliz”lə şəhərdən çıxmasına icazə vermirlər. Şəhər humanitar fəlakətin astanasındadır.

Martın 9-da işğalçılar uşaq xəstəxanasını və doğum evini atəşə tutublar, qurbanlar var.

Rusiyanın davamlı atəşi altında olan Mariupolda çətin vəziyyətə görə ölənlər kütləvi məzarlıqlarda basdırılır.

 

1