Demokrat.az 4 yaşında! - VİDEO

ÖLKƏ
15:04 / 11.03.2022
922

Bu gün ölkənin populyar xəbər portallarından Demokrat.az-ın 4 yaşı tamam olur.

Azərbaycandilli xəbər saytları içərisində özünün xüsusi dəsti-xətti ilə seçilən Demokrat.az-ın əsası 11 mart 2018-ci ildə qoyulub.

Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan sayt toplumun bütün təbəqələrinin tribunası olmağı hədəfləyib. Ötən qısa vaxtda peşə prinsiplərinə sadiq qalmağı bacaran saytın öz auditoriyası formalaşıb. 

Azərbaycanın informasiya məkanında mühüm mövqeyə malik olan Demokrat.az çətinliklərə baxmayaraq, bu gün də inkişaf etməkdədir.

Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənlidir.

Bizim üçün əlamətdar gündə bütün izləyicilərimizi və onlar üçün əzmlə çalışan kollektivimizi təbrik edirik! 

0