Sum vilayətində 29 rus hərbçisi SAXLANILDI

DÜNYA
16:01 / 11.03.2022
916

Ukraynanın Sum vilayətində polis Terrorla Mübarizə İdarəsinin nümayəndələri ilə birlikdə 29 rus hərbçisini saxlayıb.

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Kəndlərdən birinin yaxınlığındakı Romenşçina sakinləri tarlada hərbi geyimli bir qrup şübhəli şəxsi görüblər. Məlumat dərhal polisə çatdırılıb. Saxlanılan şəxslər sərhədə getdiklərini xəritədə izah ediblər. Hazırda onlar aidiyyəti qurumlara təhvil verilib”, - deyə məlumatda bildirilir.

Rusiya qoşunları müharibənin ilk günündən Sum vilayətində yaşayış məntəqələrini aktiv şəkildə atəşə tutur və bombardman edir. Martın 8-10-da Poltavaya humanitar dəhlizlər təşkil edilib, 60 min insan Sumı vilayətindən deportasiya edilib. //unikal

0