ABŞ Bank VTB-nin idarə heyətinin on keçmiş və indiki üzvünə, Dövlət Dumasının 12 deputatına qarşı sanksiyalar, habelə iş adamı Viktor Vekselberqə qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Hit.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildirilib.
Məlumata əsasən, on nəfərin hamısı bankın hazırkı və ya keçmiş rəhbərləri, yüksək vəzifəli məmurları və ya idarə heyətinin üzvü olduqlarına və ya Rusiyanın maliyyə xidmətləri sektorunda çalışdıqlarına görə sanksiyaya məruz qalıblar.
Bundan əlavə, Nazirlikdən qeyd edilib ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Zyuqanov və onun 10 partiya üzvü: Leonid Kalaşnikov, Vladimir Kaşin, Yuri Afonin, Yevgeni Bessonov, Nikolay Kolomeytsev, Aleksey Kurinnı, İvan Melnikob, Dmitri Novikov, Nikolay Osadçi və Kazbek Taysayevdə qarşı, həmçinin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və böyük uşaqlarına qarşı da sanksiyalar tətbiq edilib.