Rusiya Lvovda hərbi poliqonu vurdu: Çox sayda ölü və yaralı var 

DÜNYA
15:26 / 13.03.2022
1541

Rusiya ordusu Ukraynada Lvov şəhəri yaxınlığında Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) hava zərbəsi endirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

Rusiyanın hərbi bazaya ümumilikdə 30-dan çox raket zərbəsi endirdiyi qeyd olunub. Bildirilir ki, raketlər Saratov ərazisindən atılıb. Raketlərin bir hissəsi havada vurulub.

Hadisə nəticəsində 35 nəfər ölüb, 130-dan çox insan yaralanıb.

3