"Qəbələ" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur matçı təxirə salınıb.
HİT.az xəbər verir ki, buna Qəbələyə yağan güclü qar səbəb olub.
Qarşılaşma martın 14-də saat 12:30-da qaldığı yerdən - 65-ci dəqiqədən davam etdiriləcək.
17.31
"Qəbələ" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur matçında məcburi fasilə elan edilib.
"Report"un məlumatına görə, buna Qəbələyə yağan güclü qar səbəb olub.
Matçın baş hakimi Əliyar Ağayev Qəbələ şəhər stadionunda meydançanın xətlərinin qardan təmizlənməsi üçün oyunu 65-ci dəqiqədə dayandırıb.
Qeyd edək ki, görüşdə hesab açılmayıb.