Rusiya Suriya və Liviyada muzdlu əsgərlərin toplanılması üçün mərkəzlər açıb. Mərkəzlər Suriyanın Dəməşq, Latakiya, Homs və Hələb bölgələrində, Liviyada isə Benqazi, Əziziyyə və Səlahəddin şəhərlərindədir.
Milli.Az bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumata görə, Rusiya Suriyada Bəşər Əsəd rejiminin nəzarətində olan ərazilərdə (Dəməşq, Hələb, Həma, Raqqa və Deyr əz-Zor) 14 muzdlu əsgər toplama mərkəzi açıb. Qısamüddətli təlimlərdən sonra bu muzdlular Xmeymim aviabazasından iki Tu-134 (80-ə qədər sərnişin) və Tu-154 (180-ə qədər sərnişin) təyyarələri ilə Moskva vilayətinin Çkalovski aviabazasına gətiriləcəklər.
Suriyalıların ukraynalılara qarşı ağır artilleriya və snayper silahlarından istifadə edəcəyi gözlənilir. Rusiya xarici muzdlulara aylıq 300 - 600 dollar arası maaş verəcək.
Liviyadan isə muzdlular Ermənistana, oradan da Rusiyanın Rostov vilayətinə daşınırlar.