"Keçən il mən NATO liderlərinə xəbərdarlıq etmişdim: əgər Rusiyaya qarşı ciddi qabaqlayıcı sanksiyalar olmasa, o, müharibəyə gedəcək. Və mən bu barədə haqlı idim. Yenə deyirəm: səmamızı bağlamasanız, Rusiya raketləri sizin əraziyə, NATO ərazisinə düşəcək. Bu, yalnız bir zaman məsələsidir".
Hit.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski "Facebook"da Ukraynadan fotolar paylaşaraq yazıb.