Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz

DÜNYA
09:28 / 15.03.2022
1470

"Əgər Qərb ölkələri Ukraynaya dəstəyi artırsa, onda təxminən 10 gündən sonra Ukraynada ruslar aktiv döyüş əməliyyatları apara bilməyəcəklər”.

Bunu MSNBC-yə açıqlamasında ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, istefada olan general Ben Hodges bildirib.

Generalın sözlərinə görə, rusların kifayət qədər şəxsi heyəti, vaxtı çatmır, onun da döyüş sursatı tükənir:

"Təxminən 10 gün ərzində... Gərək Ukrayna qüvvələrinin təchizatını artıraq ki, onlar Rusiya artilleriyasını, ordusunu məhv etmək və raket zərbələrini dəf etmək imkanına malik olsunlar. Bir şərtlə ki, biz bunu edək. 10 gün ərzində ruslar bu müharibədə daha aktiv döyüş əməliyyatları apara bilməyəcəkləri nöqtəyə çatacaqlar”.

General hesab edir ki, Ukrayna tərəfi Rusiyanın imkanları tükənənə qədər sağ qalmağı bacarmalıdır. (Qafqazinfo)

0