Kiyevdə bu gündən saat 20:00-dan ( Bakı vaxtı ilə 22:00 ) etibarən komendant saatı tətbiq edilir.
"Unikal" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, komendant saatı 17 mart saat 07:00-a ( Bakı vaxtı ilə 09:00) kimi davam edəcək .
Paytaxt meri Vitali Kliçkonun bəyanatında bildirilib ki, xüsusi buraxılışlar olmadan şəhər ətrafında hərəkət qadağan edilir.
"Ona görə də bütün kievlilərdən xahiş edirəm ki, iki gün evdə və ya sığınacaqda qalmalı olacaqlarına hazır olsunlar", - Kliçko qeyd edib.