Ukraynada həlak olan azərbaycanlıların nəşi ölkəyə GƏTİRİLİR

DÜNYA
15:33 / 15.03.2022
1020

Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi Vətənə yola salınıb.

Hit.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

XİN rəsmisi bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, o cümlədən Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını dəyişən 1975-cı il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1994-cü il təvəllüdlü Əlizadə Azər, 1997-ci il təvəllüdlü Salmanov Camal, habelə Xarkovda açılmış atəş nəticəsində həlak olan 1987-ci il təvəllüdlü Məmmədov Qoşqarın nəşi 14 mart tarixində Moldovanın Kişineu şəhərindən xüsusi maşınlarla Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyəyə, oradan isə təyyarə ilə Azərbaycana yola salınıb. Həlak olan vətəndaşların cəsədləri 15 mart tarixində Azərbaycan hava yollarının İstanbul-Bakı reysi ilə vətənə gətiriləcək və yaxınlarına təhvil veriləcək

0