"Putin və Şoyqu Ukrayna meşəsini qırıb satmağı planlaşdırır" - Sənədin fotosu yayıldı

DÜNYA
15:24 / 15.03.2022
1775

Rusiya prezidenti Vladimir Putin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna meşələrini qırıb satmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Facebook"da məlumat yayıb.

Bəyanatda Rusiyanın müdafiə naziri Şoyqunun şəxsən Putinə ünvanladığı “meşələrin qırılmasının mümkünlüyü haqqında” məktubu əks olunub ki, bu da işğalçı dövlətin Ukrayna meşələrinin kütləvi şəkildə qırılmasını planlaşdırdığını göstərir.

"Sənəd Ukrayna meşələrinin, ağaclarının, kollarının və yaşıllıqlarının ümumi kəsilməsinə icazə almaq məqsədi daşıyır. Mülkiyyətindən və kateqoriyasından asılı olmayaraq, əldə edilən ağacdan istifadə etmək hüququ olan torpaqların istənilən intensivliyində və istənilən yaşda kəsilməsi planlaşdırılır. Rusiya Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunmayan odun satılacaq və əldə edilən gəlir işğalçı ordunun dəstəklənməsinə yönəldiləcək”, - Ukrayna kəşfiyyatı bildirib.

Qeyd olunur ki, bu gün istisnasız olaraq müvəqqəti işğal olunmuş ərazilərdəki bütün meşələr ən yüksək risk zonasındadır. Yaşıllıqların total qırılması işğalçıların növbəti dəhşətli cinayəti və ekosid yaradılmasıdır.

"Ukraynada sonuncu dəfə belə hal nasist işğalı zamanı baş verib. İşğalçılar maddi və təbii sərvətləri dağıdıb xaricə aparanda", - kəşfiyyat xidməti bildirib.

1