"Bursaspor"un baş məşqçisi Namik Ələskərova xəbərdarlıq edib

İDMAN
09:08 / 16.03.2022
1188

Türkiyə "Bursaspor"unun baş məşqçisi Mustafa Er komandanın iki futbolçusu - Namik Ələskərovla Burak Altıparmaka xəbərdarlıq edib.

Hit.az  yerli mətbuata istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis sarı vərəqə limitində olan hər iki yarımmüdafiəçidən "Balıkesirspor"a qarşı I Liqanın 29-cu tur matçında diqqətli oynamağı istəyib. Hazırda passivlərində üç sarı vərəqə olan yarımmüdafiəçilər növbəti xəbərdarlıqdan sonra cəzalı duruma düşəcəklər.

Qeyd edək ki, "Bursaspor" hazırda 25 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb

0