Nazir Zaur Əliyevə yüksək vəzifə verdi

ÖLKƏ
11:18 / 16.03.2022
4083

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) rəisi Zaur Əliyev yüksək vəzifəyə təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Z.Əliyev rəis vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin rəis müavini təyin edilib.

Qeyd edək ki, Z.Əliyev 2018-ci ildən Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində çalışırdı.

Xatırladaq ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində Fəxrin Bektaşi təyin olunub.

0