Mariupolda Rusiya hərbçiləri Dram Teatrına bomba atıblar.
Binada yüzlərlə insanın gizləndiyi qeyd edilir.
Bu barədə Ukraynanın Mariupol Şəhər Şurası xəbər verir.
Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Bildirilir ki, partlayışdan sonra Dram Teatrının mərkəzi hissəsi dağılıb. Bomba sığınacağına giriş isə dağıntılar altında qalıb.