Ukraynadan Slovakiyaya tək gələn 11 yaşlı uşaq ailəsinə qovuşdu

DÜNYA
23:52 / 16.03.2022
1093

Martın 5-də Zaporojyedən yola çıxan və Slovakiya sərhədini təkbaşına keçən 11 yaşlı Həsən ailəsinə qovuşub.

Bu barədə Slovakiya Daxili İşlər Nazirliyi “Facebook”da məlumat yayıb.

Hazırda oğlan anası, nənəsi və beş bacı-qardaşları ilə birlikdədir.

DİN-dən bildirlib ki, Həsənin ailə üzvləri də çox uzun və çətin yoldan sonra Slovakiya ərazisinə çatıblar.

Nazirlik, həmçinin Həsən və ailəsinə yardım edən könüllülərə, xüsusilə Xristian Gənclər İcmaları Assosiasiyasına, eləcə də sərhədin hər iki tərəfindəki hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

0