Zelenski prioritet şərtlərini AÇIQLADI

DÜNYA
10:50 / 17.03.2022
835

Ukraynadakı müharibə ilə bağlı Rusiya ilə danışıqlarda prioritetlər qarşıdurmaya son qoymaq, təhlükəsizliyə, suverenliyə zəmanət vermək və ərazi bütövlüyünü bərpa etməkdir.

HİT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski yeni videomüraciətində bəyan edib.

O bildirib ki, danışıqlarda prioritet Ukrayna dövlətinin real müdafiəsidir.

"Danışıqlardakı prioritetlərim tamamilə aydındır. Müharibəni dayandırmaq, təhlükəsizlik təminatları, suverenlik, ərazi bütövlüyünün bərpası, ölkəmizin real müdafiəsinin təmin edilməsidir", - Zelenski bildirib. //olke.az

0