"Söz veririk ki, gələcəkdə də bayrağımızı ləyaqətlə təmsil etmək üçün bizim bütün idmançılar və məşqçilər əllərindən gələni edəcəklər, biz də zəruri dəstək verəcəyik".
HİT.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Prezident İlham Əliyevlə görüşündə deyib.
"Cənab Prezident, ilk növbədə, mən dərin təşəkkürümü bildirmək istəyirəm ki, Siz sıx qrafikinizdə vaxt tapıb bizi qəbul etmisiniz, tövsiyələrinizi vermisiniz, həm dövlətimizin başçısı kimi, həm də ölkənin Milli Olimpiya Komitəsinin rəhbəri kimi. Güləş Federasiyasında gedən işlərlə bağlı Sizin dəyərli tövsiyələriniz bizim üçün əsasdır. Fürsətdən istifadə edərək, mən Sizi əmin etmək istərdim ki, tapşırıqlarınıza uyğun olaraq, həm kütləvi idmanın, xüsusilə gənclər və yeniyetmələr arasında, həm də peşəkar idman nailiyyətlərinin təmin edilməsi üçün fəaliyyətimizi həmkarlarımız Gənclər və İdman Nazirliyi ilə sıx qururuq. Söylədiyiniz kimi, bu, bizim milli idman növümüzdür və biz hər zaman bundan ruhlanırıq. Etibarınıza, etimadınıza görə təşəkkür edirik", - deyə Mikayıl Cabbarov vurğulayıb.