Kremldə qalmaqal: Çubays istefa verib İstanbula qaçdı - FOTO

DÜNYA
18:55 / 23.03.2022
1973

Rusiya Prezidenti Vladimir Putinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays istefa verərək ölkəni tərk edib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu haqda "Reuters” və "Bloomberg” mənbələrə istinadla xəbər verirb.

Anonimlik şərtilə danışan mənbə "Reuters”ə Çubaysın ölkəyə qayıtmaq fikri olmadığını deyib

Çubays Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan istefa verən ən yüksək rütbəli vəzifəlidir.

"Bloomberg” vəziyyətdən agah iki nəfərə istinadla Çubaysın Putinin Ukrayna müharibəsinə qarşı çıxdığını yazır.

66 yaşlı Çubays 1990-cı illərin iqtisadi islahatçılarından biridir, Putin hökumətində qalaraq Qərb rəsmiləri ilə də əlaqələrini saxlayıb.

"Ria Novosti"nin xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov məlumatı təsdiqləyib: "Bəli, Anatoli Çubays öz ərizəsi ilə vəzifəsini tərk edib. Amma Rusiyadan gedib, ya qalıb- bu artıq onun şəxsi işidir"

Rusiyanın "Kommersant" qəzeti isə Çubaysın 22 mart tarixində İstanbulda görüldüyünü bildirib. Qəzetin yaydığı bir fotoda onun bir bankomatdan pul çəkdiyi görülür.

0