Qadın deputat öldürüldü

DÜNYA
10:18 / 25.03.2022
1027

Somalinin Beledveyne şəhərində “Aş-Şabab” təşkilatı yaraqlılarının törətdiyi terror aktı zamanı 15 nəfər həlak olub.

Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında ölkənin qadın deputatı Aminə Məhəmməd Abdi də var. Hücum seçkilər ərəfəsində baş verib. Deputat seçki kampaniyası ilə məşğul olurmuş. Prezident Məhəmməd Abdulla Fermaju və Baş nazir Məhəmməd Hüseyn Roble hücumları pisləyib.  

0