Rusiya üçün dəhşətli xəbər: ABŞ və Avropa İttifaqı qərar verdi

DÜNYA
10:38 / 25.03.2022
1979

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri və ABŞ Prezidenti Rusiyaya qarşı əlavə sanksiyaları və Moskvanın artıq tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yan keçmək cəhdlərini dayandırmağa hazır olduqlarını müzakirə ediblər. 

Hit.az xəbər verir ki, bu barədə cümə axşamı axşam Brüsseldə ABŞ Prezidenti Cozef Baydenin Aİ sammitində iştirakından sonra Avropa Şurası və ABŞ-ın yaydığı birgə bəyanatda deyilir.

“Onlar Rusiya və Belarusa iqtisadi xərclər tətbiq etmək üçün davam edən səylərini, həmçinin əlavə tədbirlər görməyə və sanksiyalardan yayınmaq cəhdlərini dayandırmağa hazır olduqlarını nəzərdən keçiriblər”, - məlumatda vurğulanır.

0