Samux rayonunda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zazalı ərazisində qeydə alınıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Qəzanın təfərrüatları araşdırılır.