Ukraynada iki azərbaycanlı sürücü qalıb - FOTO

ÖLKƏ
21:42 / 28.03.2022
869

Ukraynada olan azərbaycanlı sürücülərdən daha biri təxliyə edilib.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat yayıb.

Bildirilib ki, Kiyev şəhərində qalan sürücü Əliyev Arif Eynulla oğlunun Ukrayna hüdudlarından çıxarılması təmin edilib.

A.Əliyev öncəki marşrut üzrə Moldova-Rumıniya-Bolqarıstan-Türkiyədən keçməklə ölkəmizə gəlməsi təmin edilib. Hazırda təxliyə olunan sürücü Bolqarıstan ərazisindədir.

Qeyd edək ki, indiyə qədər 33 yük nəqliyyat vasitəsi olmaqla, 37 sürücünün təxliyəsi həyata keçirib. Hazırda Ukrayna ərazisində iki azərbaycanlı sürücü qalmaqdadır. Onların da təxliyəsi istiqamətində dövlət orqanları tərəfindən işlər davam etdirilir.

0