Şəmkirdə güclü partlayış səsləri eşidilir - SƏBƏB

ÖLKƏ
16:07 / 29.03.2022
600

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafə Nazirliyindən HİT.az-a verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi  28.03.2022-ci il tarixdən 02.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. 

Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq.

Qeyd edək ki, bu gün Şəmkir rayonunda partlayış səsləri eşidilib.

0