Taliban diplomatı ilk dəfə Rusiyada fəaliyyətə başladı

ÖLKƏ
09:26 / 31.03.2022
484
"Əfqanıstanın yeni hökumətinin ilk diplomatı Rusiyada akkreditə olunub". "Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Keçən ay yeni səlahiyyətlilər tərəfindən göndərilən ilk əfqan diplomatı Moskvaya gəldi və nazirliyimizdə akkreditasiya aldı", - o, cümə axşamı Çinin Tunxi şəhərində Əfqanıstanın Qonşu Ölkələri Formatında Xarici İşlər Nazirlərinin Üçüncü Görüşünün iclasında bildirib. Nazirin sözlərinə görə, "idarəçilik təcrübəsinin olmaması, maliyyə və iqtisadi məhdudiyyətlər, ABŞ və müttəfiqlərinin siyasi və diplomatik təzyiqlərinə baxmayaraq, Əfqanıstanın yeni administrasiyası, ümumilikdə, dövləti ayaqda saxlamağa nail olur
1