Putindən Abramoviçə QADAĞA

DÜNYA
11:54 / 31.03.2022
1607

Rusiyalı milyarder Roman Abramoviçlə bağlı yeni iddia ortaya çıxıb.

HİT.az xəbər verir  ki,  rusiyalı siyasətçi Kseniya Sobçak Abramoviçə media qadağası qoyulduğunu açıqlayıb.

“Kremlyönlü mediaya iş adamı Roman Abramoviçin Rusiya və Ukrayna arasında danışıqlarda rolu barədə danışmaq qadağan edilib”, -  müxalif siyasətçi deyib.  

Sözügedən qərarın Rusiya prezidenti Putinə məxsus olduğu iddia edilir.

Britaniyanın “Daily Mail” qəzetində yer alan xəbərə görə, bu məlumatı “Moskva-24”, TASS və digər böyük hökumətyönlü mediada işləyən mənbələr təsdiqləyib. Mənbələrdən biri bildirib ki, martın 30-da o, hakimiyyətdən belə bir əmr alıb: “Artıq Abramoviçin danışıqlarda iştirakından danışmırıq”.

Qəzet təhlükəsizlik baxımından bu şəxslərin adlarının açıqlanmasına razı olmadığını vurğulayıb. //unikal

0