Ukraynanın Əməkdar artisti Svetlana Loboda ölkəsinin ordusu üçün yardım göndərib.
Hit.az xəbər verir ki, bu barədə Borispol meri Vladimir Borisenko feysbukdakı canlı çıxışı zamanı məlumat verib. O bildirib ki, müğənni ordu üçün hərbi avtomobil alıb.
Sənətçi zirehli gödəkçə və turniketlərin alınması üçün isə 1,5 milyon qriven (təxminən 86 min 400 manat) pul göndərib.