Arif Rəhimoğlu İsveçdə vəfat etdi - FOTO

ÖLKƏ
18:14 / 03.04.2022
2502

Azərbaycan Milli Hərəkatının öncüllərindən biri, professor Arif Rəhimoğlu İsveçdə vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl məlumat verib.

Qeyd edək ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Xalq Hərəkatı dönəmində Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.   20 kitab və 250-dək elmi məqalə müəllifidir. Arif Rəhimoğlu 2003-cü ildə İsveçə mühacirət edib, yaşadığı Yöteburq şəhərində dünyasını dəyişib. 

3