Yeni icra başçısı onu özünə köməkçi təyin etdi

ÖLKƏ
09:56 / 04.04.2022
1241
Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb. Əmrə əsasən, Ceyhun İsmayılov Kürdəmir RİH-nin başçısının köməkçisi vəzifəsinə təyinat alıb. Xatırladaq ki, E.İbrahimov Prezident İlham Əliyevin 18 fevral tarixində imzaladığı sərəncamla Kürdəmir rayonunun icra başçısı təyin edilib
0