Apteklərdə monitorinq keçirildi, 9 adda dərman müsadirə olundu

ÖLKƏ
16:11 / 04.04.2022
650

Bakı şəhəri üzrə 10, digər rayonlar üzrə 2 aptek olmaqla, 12 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.

Bu barədə Hit.az-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsadirə edilən qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 9 adda 26 qutu təşkil edib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 7 protokol tərtib edilib.

0