QHT növbəti maarifləndirmə tədbirini Oğuzda keçirib - FOTO

ÖLKƏ
11:25 / 04.04.2022
1145

"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti maarifləndirmə tədbirini Oğuz rayonunda keçirib.

Hit.az xəbər verir ki, “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsi ilə bağlı keçirilən tədbirdə 30 nəfər rayon sakini  iştirak edib. Tədbiri giriş sözü ilə açan Oğuz rayon Gənclər və idman İdarəsinin rəisi Ramiz Mahmudov mövzunun aktuallığı barədə çıxış edərək qan xəstəlikləri ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini qeyd etdi.

"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin sədr müavini Emin Nəbili iştirakçılara təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verərək, bu dəfəki layihənin də məqsədinin talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının qarşısının alınması üçün dövlətin gördüyü işlərə ictimai dəstək məqsədi daşıdığını bildirdi. Talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının və qarşısının alınması məqsədi ilə dövlət tərəfindən müvafiq işlər görüldüyünü bildiriən E.Nəbili qan donorluğu barədə də danışaraq yaşı 18-dən yuxarı olan hər bir sağlam şəxsin qan verə biləcəyini qeyd etdi: “Qan vermək bir insanın həyatını xilas etməklə yanaşı, həm də donorun özü üçün də faydalıdır. Qan donorluğu qanın yenilənməsinə səbəb olur, orqanizmin sağlamlığına şərait yaradır".

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkimi Nailə Babayeva qan xəstəliklərinin yayılma səbəbləri, müalicə və müayinəsi barədə iştirakçılara məlumatlar çatdırıb, gəncləri ailə qurmazdan əvvəl tibbi müayinədən keçməsinin vacibliyini bildirib.
Talassemiya, sümük iliyi transplantasiyası, qan donorluğu, donorların bilməli olduğu vacib məsələlər barədə danışan Nailə Babayeva tədbir iştirakçılarının suallarını cavablandırıb.

0