Türkiyə və ABŞ arasında Strateji Mexanizm yaradılıb

DÜNYA
23:20 / 04.04.2022
1394

Ankarada Türkiyənin xarici işlər nazirinin müavini səfir Sədat Önal və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Hit.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyin bəyanatında bildirilib.

Qeyd olunub ki, bununla da Türkiyə-ABŞ (Tərəfdaşlığa dair - red.) Strateji Mexanizmi işə salınıb. Görüş zamanı tərəflər iki ölkənin ortaq maraqlarını əhatə edən mövzular, o cümlədən iqtisadi və müdafiə sahəsində əməkdaşlıq, terrorla mübarizə, regional və qlobal problemlər, nəzərdən keçirib.

"Türkiyə və ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına dair birgə öhdəliklərini bir daha bəyan ediblər. Birləşmiş Ştatlar Türkiyənin müharibənin ədalətli və diplomatik həllini asanlaşdırmaq səylərini alqışlayıb", - deyə bəyanatda bildirilib.

Bundan əlavə ABŞ Ticarət Departamentinin müşaviri Marisa Laqo, Strateji Mexanizmin iqtisadi və ticari ölçülərində əməkdaşlığı inkişaf etdirmək üçün 5-6 aprel 2022-ci il tarixlərində Ankaraya səfər edəcək.

Həmçinin, il ərazində iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi də nəzərdə tutulub.

0