Rusiya Türkiyədən YARDIM İSTƏDİ

DÜNYA
09:56 / 05.04.2022
3648

Ukrayna silahlı bölmələri Rusiya ordusuna ciddi müqavimət göstərməkdədir.

Rusiya tərəfi ümid edir ki, Türkiyə Mariupolda qalan ukraynalı hərbi komandanların silahı yerə qoyması üçün onlara öz təsirini göstərəcək.

Qazet.az xəbər verir ki, sözləri Rusiya Milli Müdafiə Mərkəzi İdarəsinin rəhbəri, general-polkovnik Mixail Mizintsev deyib.

“Biz bu çətin məsələdə Türkiyə tərəfinin dəstəyinə ümid edirik və ümid edirik ki, türk həmkarlar öz nüfuzlarından istifadə edərək, bütün mümkün vasitələrlə həm Kiyev hakimiyyətinin nümayəndələrinə, həm də bilavasitə Mariupolda qalan hərbi qüvvələrin komandanlarına təsir göstərə biləcəklər”, – deyə o bildirib.

Qeyd edək ki, Mariupolda şiddətli döyüşlərin və bunun fonunda ağır humantar fəlakətin yaşanmasına baxmayaraq, Ukrayna silahlı bölmələri (xüsusən “Azov” alayı – red.) Rusiya ordusuna ciddi müqavimət göstərməkdədir.

0