9 il axtarışda olan Anapa (Krım) cinayət axtarış şöbəsinin keçmiş rəhbəri İqor Nexayenko saxlanılıb. 2013-cü ildə o, cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilindiyindən barəsində həbs qərarı çıxarılıb.
İnterpress.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, Nexayenko Zirinov quldur dəstəsinin üzvü olub. Dəstənin bütün üzvləri, o cümlədən lider biznesi ələ keçirmək məqsədilə quldurluqda və sahibkarları öldürməkdə təqsirli bilinib.
Mütəşəkkil cinayətkar dəstənin tərkibində Zirinovun tanışları – Knarik Aslanyan, Eduard Paladyan, Amar Suloyev, Anastas Tilgerov, Dmitri Sapojnikov, Andrey Miroşnikov və başqaları da olub.