Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd ETDİ

DÜNYA
20:20 / 05.04.2022
1043

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd edib.

Hit.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. Ç. Əsgərov qeyd edib ki, Avropa Məhkəməsi Azərbaycanın təqdim etdiyi mövqeyə uyğun olaraq 4 aprel 2022-ci ildə növbəti dəfə Ermənistanın müvəqqəti təminat tədbirləri barədə vəsatətini rədd edib:

“Qonşu ölkə anlamalıdır ki, beynəlxalq hüquq olan yerdə siyasi spekulyasiyalar əhəmiyyətsizdir”.

0