Forbes" jurnalı dünyanın ən varlı adamlarının siyahısını açıqlayıb.
HİT.az xəbər verir ki, siyahıya "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Mask başçılıq edib. Nəşrin məlumatına görə, İlonun sərvəti il ərzində 68 milyard dollar artaraq 219 milyard dollar olaraq qiymətləndirilir.
"Amazon"un yaradıcısı Ceff Bezosun sərvəti isə 6 milyard dollar azalaraq 171 milyard dollar olub. Bununla da dörd ildir siyahıya liderlik edən Ceff ikinci olub.
Ötən il də olduğu kimi bu dəfə də siyahıda üçüncü sırada "LVMH" moda konqlomeratının sahibi Bernard Arnault yer alıb. Onun sərvəti 158 milyard dollardır.
İlk beşliyi Microsoft qurucusu Bill Qeyts (129 milyard dollar) və "Berkshire Hathaway"in baş direktoru Uorren Baffet (118 milyard dollar) tamamlayır.
"Forbes"in 34-cü il reytinqinə əsasən, il ərzində milyarderlərin ümumi sərvəti 400 milyard dollar azalaraq 12,7 trilyon dollara, sayı isə 87 nəfər azalaraq 2668 nəfərə düşüb.