DİN-dən Daxili Qoşunlarda hərbçinin əsgəri döyməsinin əks olunduğu video ilə bağlı AÇIQLAMA

ÖLKƏ
22:05 / 05.04.2022
1476

Daxili Qoşunların hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı bu gün yayılmış videogörüntülər ötən il qeydə alınıb.

Bunu APA-nın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Qurum rəsmisi bildirib ki, hadisə baş verdikdən sonra nazirlik tərəfindən xidməti yoxlama aparılıb, fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarında xidmətdən xaric edilib:

“Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilməsi təmin ediləcək”, - deyə E.Zahidov qeyd edib.

0