Aşağı Öysüzlü şagirdlərinin həyatı təhlükə ilə üz-üzə - Nazirlik də bilir (FOTO) 

ÖLKƏ
11:58 / 06.04.2022
1538

Tovuzun Aşağı Öysüzlü kənd orta məktəb şagirdlərinin həyatı təhlükə ilə üz-üzədir.

Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdə sözü gedən məktəbin fotosu yayılıb.
 
Fotodan məktəbin acınacaqlı vəziyyəti aydın görünür.

Həddindən artıq qəzalı vəziyyətdə və hər an uçmaq təhlükəsi ilə olan bu məktəbdə gündəlik tədris prosesi öz axarındadır.

Tovuz rayon Aşağı Öysüzlü kənd sakinləri də məktəbin qəzalı vəziyyətdə olduğunu təsdiqləyib:

"Məktəb çox pis vəziyyətdədir, hər an uçmaq təhlükəsi var. Çox qorxuludur”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da  Qaynarinfo-ya açıqlamasında məsələdən xəbərdar olduğunu deyib:

"Məsələnin üzərində iş gedir. Məktəb təmir olunacaq”.

0