Dövlət Təbiət Qoruğunda yanğın olub

ÖLKƏ
12:59 / 06.04.2022
955

Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub.

Bu barədə Hit.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qoruğun ərazisində təqribən 3 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Qoruğun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0