Düşməndən növbəti TƏXRİBAT: Tovuzdakı mövqelərimiz atəşə tutuldu

ÖLKƏ
10:11 / 07.04.2022
779

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Hit.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

1