"Buça faciəsi qəsdən törədilib”.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin tviter səhifəsində paylaşım edilib.
"Buçada qətlə yetirilən mülki əhalinin, demək olar ki, 90%-nin qəlpə deyil, güllə yarasından öldüyü məlum olub. Bu, onu göstərir ki, onlar təsadüfən yox, məqsədli şəkildə öldürülüblər” , - paylaşımda bildirilib.