Ukraynadan daha bir azərbaycanlı sürücü təxliyə olundu -FOTO

ÖLKƏ
00:02 / 08.04.2022
1210

Ukrayna ərazisindən daha bir azərbaycanlı sürücü təxliyə olunub.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu bildirib.

Onun sözlərinə görə, sürücü Feyzullayev Qəhrəman Qəzənfər oğlu artıq Rusiya Federasiyası ərazisindədir.

"Qeyd edim ki, Q.Feyzullayev döyüşlərin ilk günündən Xerson şəhərində olub. Yaradılan humanitar koridorla təxliyəsi baş tutub.

Bu günə qədər 35 yük avtonəqliyyat vasitəsi üzrə 38 sürücünün təxliyəsi həyata keçirilib.

Hazırda Ukrayna ərazisində bir azərbaycanlı sürücü qalmaqdadır. Onun da təxliyəsi istiqamətində aidiyyatı dövlət qurumları ilə birgə işlər görülür”, - R.Eldaroğlu qeyd edib.

 

 

0