Latviya Seymi 2023-cü il iyunun 30-dək Rusiya Federasiyası və Belarus vətəndaşlarına yaşayış icazələrinin verilməsini qadağan edib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Latviya parlamenti “Emiqrasiya haqqında” qanuna düzəlişi yekun oxunuşda təsdiqləyib. O, 2023-cü il iyunun 30-dək Rusiya və Belarus vətəndaşlarına ilkin müvəqqəti yaşayış icazələrinin verilməsinə qadağa qoyulmasını nəzərdə tutur.