Şamaxının Çarhan kəndində su problemi həll olundu

ÖLKƏ
18:33 / 08.04.2022
766

Şamaxının Çarhan kəndində su problemi həll olunub.

Bu barədə HİT.az-a Şamaxı rayon İcra Hakimiyyətindən məlumat verilib.

"Bildiririk ki, əhalisinin sayı 3005 nəfər olan Çarhan kəndində su probleminin aradan qaldırılması məqsədilə kənd bələdiyyəsi ilə podratçı təşkilat arasında 2021-ci ildə müqavilə bağlanıb. Müqaviləyə əsasən, köhnə istismar müddəti bitmiş su boruları yenisi ilə əvəz olunub. Bir müddət istifadədən sonra su xətti deşiliv, kəndin içməli su təminatında problem yaranıb. Tərəfimizdən podratçı təşkilatın nümayəndəsi və Çarhan kənd İƏD üzrə nümayəndəsi ilə əlaqə saxlanılıb. Kəndə suyun verilməsi bərpa olunmuş və xətdə yaranmış nasazlıq aradan qaldırılıb", deyə RİH-dən bildirilib.

Qeyd edək ki, kənd sakinləri su problemi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.

0