Boris Conson gözlənilmədən Kiyevə səfər etdi (YENİLƏNİB)

DÜNYA
19:06 / 09.04.2022
1335

Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Hit.az  xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisindən bildirilib.

Tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.

"Baş nazir Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək bu ölkəyə səfər edib. O, Zelenski ilə Ukraynaya uzunmüddətli dəstəyi müzakirə edib. Britaniya, həmçinin yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək", - Consonun sözçüsü bildirib.

Bir gün əvvəl Londonda Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında Conson bildirib ki, Böyük Britaniya Ukraynaya 100 milyon funt-sterlinq (130 milyon dollar) dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasını göndərəcək. Onun sözlərinə görə, söhbət yüksək dərəcəli silahlardan, o cümlədən “Starstreak” zenit raketlərindən (“Starstreak”) gedir.

*** 18:04

Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə səfərdədir.

Hit.az UNIAN-a istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Görüşün əvvəlcədən planlaşdırılmadığı bildirilir.

Qeyd edək ki, Böyük Britaniya müharibə əleyhinə koalisiyada lider dövlətlərdəndir.

0