"Kinder" yumurtası can aldı: 3 yaşlı qız həyata gözlərini yumdu

DÜNYA
22:12 / 11.04.2022
1525
İngiltərədə Bruklin-Mai adlı 3 yaşlı qızın ölümü ailələrdə panika yaradıb.
 
Hit.az bildirir ki, iddiaya görə,  azyaşlı "Kinder" yumurtası yedikdən sonra xəstələnib. Onun qızdırması 39-dan yüksək olub. Xəstəxanada bütün müdaxilələrə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb. 
 
Bruklinin anası Şarlotta "Çox macəraçı və aktiv qızımı belə görmək və xatırlamaq ürək ağrıdır", - deyə söyləyib. 
 
Azyaşlının ölüm səbəbi araşdırılır.
 
Xatırladaq ki, Belçikanın "Ferrero” markasının istehsal etdiyi "Kinder" yumurtalarında salmonella virusu aşkar edildikdən sonra məhsullar geri çağırılıb və müvəqqəti olaraq fabrik bağlanıb. //sfera.az
0