Ukraynada daha bir polkovnik-leytenant ÖLDÜRÜLDÜ

DÜNYA
10:44 / 12.04.2022
1116

Rusiya Quru Qoşunlarının 42-ci motoatıcı qvardiya diviziyasının 291-ci motoatıcı alayında xidmət edən polkovnik-leytenant Dibir Dibirov Ukrayada hərbi əməliyyatlar nəticəsində ölüb.

Bu barədə HİT.az "Report"a istinadən xəbər verir.

Bildirilib ki, 291-ci motoatıcı qvardiya alayı Çeçenistanın Borza yaşayış məntəqəsində yerləşir. Qeyd olunub ki, D.Dibirov Suriyada Bəşşar Əsədə sadiq qüvvələr sırasında döyüşüb. Onun dinc sakinləri öldürdüyü bildirilir.

BBC-nin məlumatın görə, aprelin 6-dək Ukraynada aralarında kiçik rütbəli zabitlər və generallar da olmaqla, Rusiyanın 1 083 zabit ölüb. Onlarda 217-sinin kimliyi müəyyənləşib.

0